Zəlzələ olub

27 May 2014 15:11 (UTC+04:00)

İranın cənubundakı Hürmüzgan əyalətinə aid Keşm şəhərində 5,2 bal gücündə zəlzələ meydana gəlib.


Dövlət televiziyasının xəbərinə görə , Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Mərkəzi , yerin 14 kilometr dərinliyində qeydə alınan 5,2 bal böyüklüyündəki zəlzələnin mərkəzi əsasının Fars Körfəzi olduğunu açıqlayıb.


Movqe.Az xəbər verir ki, ölkənin cənub-qərbindəki Buşehr əyalətində də keçən həftə 5,4 böyüklüyündə sarsıntı olmuşdu.


Digər tərəfdən zəlzələ Birləşmiş Ərəb Əmrliklərində də (BƏƏ) hiss olunub.


Zəlzələyə Dubaydakı iş mərkəzlərində və ofislərin olduğu göydələnlərdə məruz qalanların açıq sahələrə çıxdığı müşahidə edilib. Səlahiyyətlilərin hər hansı bir risk olmadığını şərhindən sonra işçilər ofislərinə qayıdıb.