Bakıda ata və iki oğlu bıçaqlandı

27 May 2014 15:38 (UTC+04:00)
Ələt qəsəbəsində ata və iki oğlu bıçaqlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə bu gecə saat 02 radələrində qeydə alınıb. 

Qaradağ rayonunun Ələt qəsəbəsində Hacıqabul rayon sakini Əli Kazımov qəsəbə sakini Ağabala Əbilova, onun oğlanları Azərə və Xəzərə bıçaqla xəsarət yetirib. Bıçaqlanma münaqişə zəminində baş verib. 

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Kazımov tutulub.