Misir Mərdanov: “Bu il müəllimlərin işə qəbulunda bal həddi olmayacaq"
29 İyun 2012 16:24 (UTC+04:00)
Bu il Azərbaycanın orta məktəblərindəki vakant
müəllim yerlərinə işə qəbulla bağlı bır sıra yeniliklər tətbiq
ediləcək. Bu barədə məlumatı jurnalistlərə təhsil naziri Misir
Mərdanov verib. O, işə qəbulun regionlar üzrə keçirilməyəcəyini
açıqlayıb.
Onun sözlərinə görə, bu il müəllimlərin işə
qəbulunun regionlarda keçirilməsi vaxt baxımından mümkün
deyil.
Daha bir yenilik isə minimal bal həddi ilə
bağlıdır. Nazir qeyd edib ki, ötən il müəllimlər imtahan verdikdən
sonra minimal bal həddi müəyyənləşdirilirdi. "Müsabiqədə yalnız bu
balı əldə edənlər iştirak edirdi. Bu il isə minimal bal həddi
götürdük. Yəni müəyyən bal toplamış insanları yerimiz olana qədər
işə götürəcəyik. Bundan sonra ikinci yerləşdirmə
olmayacaq".
M.Mərdanov hələlik vakant yerlərin ümumi sayının
hələ tam müəyyən olunmadığını da bildirib. Onun sözlərinə görə,
hələlik yerlərdən vakant müəllim yerləri ilə bağlı məlumatlar
gəlməkdə davam edir. Yekun nəticə ilə əlaqədar ictimaiyyətə məlumat
veriləcək.
Nazir bu il vakant yerlərin sayının ötən ildən çox
olmasını isə yaş həddi ilə bağlayaıb. "Çünki yaş senzi ilə əlaqədar
bir çox müəllimlər pensiyaya gedib. Ancaq hansı ixtisaslarda vakant
müəllim yerlərinin sayının çox olması ilə bağlı dəqiq məlumat
yoxdur", deyə o vurğulayıb.