Nanə yaman qəzəbləndi !

27 May 2014 18:19 (UTC+04:00)

Aparıcı Nanə Ağamalıyeva  yaman qəzəblənib. Evlənmə xəbərinin mediaya sızmasınından qəzəblənən aparıcı xəbəri təkzib edib: "Tarix təkrarlanır.  Keçən il yalandan şayiə yaydınız ki, Zamiqlə ailə qururam. Bu il yenə eyni şayiə. Sizin başqa işiniz yoxdur? Televiziya sahəsində və eləcə də radioda mənim də eksklüziv xəbər verib birinci olmaq, reytinq toplamaq həvəsim olub. Ancaq şayiə ilə yox. Belə çıxır  sabah mən kimin haqqında nə istəsəm söyləyim və sonda deyim ki, şayiədir, eşitmişəm? Yalanlara inanmayın. Hamınıza təşəkkür edirəm. Hörmətlə Nanə Ağamalıyeva!".


Xatırladaq ki, dünən Nanə Ağamalıyevanın Türkiyədə ərə getməyə hazırlaşması barədə xəbəri mövqe.az-a elə Nanənin keçmiş iş yoldaşlarından biri açıqlamışdı.