Syomin “Mordoviya” ilə anlaşdı

27 May 2014 18:45 (UTC+04:00)

"Qəbələ"dən ayrılan Yuri Syomin özünə yeni klub tapıb. Movqe.az xəbər verir ki, Syomin Saranskın "Mordoviya" komandası ilə anlaşıb. "Mordoviya" bu mövsüm Rusiya Premyer Liqasına vəsiqə qazanıb. Rəhbərlik komandanı elitaya çıxaran Yuri Maksimovla yolları ayırıb. Qeyd edək ki, xəbəri "Mordoviya"nın rəsmi "tvitter" səhifəsi yayıb.