AFFA-dan "Neftçi"yə növbəti cəza

27 May 2014 20:30 (UTC+04:00)

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 


Milli.Az PFL-in saytına istinadən xəbər verib ki, iclasda qərara alınıb ki, mayın 22-də Azərbaycan kuboku uğrunda yarışın "Qəbələ" - "Neftçi" final matçının 90-cı dəqiqəsində "Neftçi" klubunun məşqçisi Bəxtiyar Musayev texniki zona qaydalarını pozduğuna görə meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılsın, klub 1000 manat cərimə olunsun. Oyunun 104-cü dəqiqəsində "Qəbələ" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.