Bu qələmin 60 min sterlinq qiyməti var

29 İyun 2012 16:27 (UTC+04:00)
Movqe.Az bildirir ki, Almaniyada ''İlin Qələmi 2012 Diamond Edition'' adıyla yalnız 10 ədəd hazırlanan brilyant qablı, porşen tipi mürəkkəbli qələmlər maraqlananlar üçün hərraca çıxarılmağa başlayıb.

Əl işi olan, ləl-cəvahiratlar ehtiva edən bu xüsusi qələmin üzərində 58-i brilyant olmaqla cəmi 60 qiymətli daş var. Daşların cəmi ağırlığı 4,6 karata bərabərdir.

Bataqlıq palıdının qüsursuz quruluşuna sahib qələmin gövdəsi üçün tək-tək seçilmiş taxta bloklar bərk qızıl ilə örtülüb. Qapaq və gövdənin ucuna yerləşdirilmiş günəş parlaqlığındakı iki Braziliya Madeira sitrini isə ən yüksək keyfiyyətdəki əl istehsalı brilyantlarla işlənib. Qızıl gövdə içərisinə yerləşdirilən 10 qələmdən hər biri bir-birindən fərqli və bənzərsiz bir əsər olaraq qələmlə maraqlananlar üçün təqdim edilir.

Rəsmilər, qələmlərdən birinin  Türkiyədə satışa çıxarılacağını bildiriblər.