Bakı-Sumqayıt yolunun kənarında top mərmiləri tapılıb

27 May 2014 22:36 (UTC+04:00)

Azərbaycanda döyüş sursatları tapılıb.


Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, döyüş sursatları Bakı-Sumqayıt yolunun 29-cu kilometrliyində aşkarlanıb.

 

Bakı-Sumqayıt yolunun kənarında bir neçə ədəd top mərmisi tapılıb.

 

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub.