Papa prezidentə məktub yazdı
27 May 2014 23:15 (UTC+04:00)
Roma Papası Fransisk Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevi təbrik edib.
ANS PRESS-in məlumatına görə, Papa prezidentə
təbrik məktubu ünvanlayıb.
O, məktubunda Azərbaycanın milli bayramı –
Respublika Günü münasibətilə dövlət başçısı və Azərbayacan xalqına
ən səmimi arzularını çatdırmaqdan məmnunluq duyduğunu
deyib.
"Qoy, Tanrı xalqınıza sülh, firavanlıq və gözəl
həyat bəxş etsin. Ulu Tanrının nəzərləri xalqınızın, Sizin və
hökumətinizin başı üzərindən heç vaxt əskik olmasın".