Elnarənin ailəsindən bəd xəbər

27 May 2014 19:58 (UTC+04:00)

Xanəndə Elnarə Abdullayevanın ailəsindən bəd xəbər var. 


Sənətçi teleqraf.com saytına açıqlamasında 78 yaşlı anasının vəziyyətinin ağır olduğunu deyib: 


"Apreldə gözlənilmədən anamın durumu pisləşdi. Həkimə apardıq, baxdılar, dedilər ki, başında bədxassəli şiş var. Yəni xərçəng xəstəsidir. İndi anam Şamaxıdadır. Necə olacağı isə bəlli deyil".