Bakıda seksual manyak tutulub
28 May 2014 11:10 (UTC+04:00)
Bakıda seksual manyak ifşa olunub. ANS PRESS-in məlumatına
görə, Yasamal rayon polis idarəsinin əməkdaşları bir neçə ay öncə
daxil olan şikayətlər əsasında əməliyyat tədbirlərinə başlayıb.
İstintaq axtarış tədbirləri nəticəsində məlum olub ki, xanımlara
qarşı seksual xarakterli hərəkətlər edən 31 yaşlı paytaxt sakini
Qasımov İlkin Faxrəddin oğludur. 28-ci polis bölməsinin əməkdaşlari
tərəfindən saxlanilan İlkin Qasımov istintaqa təhvil verilib.
Araşdırmalar zamanı onun 5 cinayət faktının olması müəyyən
edilib.
Yasamal RPİ-nin müstəntiqi bildirib ki, saxlanılan şəxs liftdə və
bina keçidlərində xanımlara hücum edib, Nizami və Xətai
rayonlarında da eyni əməl törədib.
Hazırda faktla bağlı toplanılan bütün materiallar əsasında Yasamal
Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Saxlanılan İlkin
Qasımovun bu kimi digər cinayət əməllərinin sayının artacağı
istisna edilmir. Odur ki, həmin şəxsin çirkin əməllərindən zərər
görən şəxslər varsa, Yasamal Rayon Polis İdarəsinə müracət edə
bilərlər.