Azərbaycan meyxanaçıları BBC-yə dəvət ediblər

29 İyun 2012 16:44 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, "Tı kto takoy? Davay, do svidaniya" meyxanasının müəllifləri Londona səfər edəcəklər.  

Meyxanaçıların sözlərinə görə, onlar BBC telekanalından təklif alıblar.

 "Yəqin ki, iyulun 23-də Londona gedəcəyik. Bizim ifa etdiyimiz meyxana bütün dünyaya tanındı. Hətta eşitdiyimizə görə, Amerikada meyxanamızla bağlı yeni improvizə olunmuş mahnı yazılıb, indi də klip çəkilir", deyə İntiqab bildirib.

Türkan Nadirqızı

Movqe.Az