Cüneyt Çakır finalda

29 İyun 2012 16:55 (UTC+04:00)

Movqe.az xəbər verir ki, "EURO 2012"-nin bazar günü keçiriləcək oyununda, İspaniya-İtaliya final qarşılaşmasında Cüneyt Çakır dördüncü hakim kimi iştirak edəcək. Çempionatdakı İspaniya-İtaliya final matçı iyulun 1-də Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək. Azərbaycan vaxtı ilə saat 23:45-də başlayacaq finalda Portuqaliya Futbol Federasiyasından Pedro Proença da iştirak edəcək. Proençanın köməkçiliklərini isə Bertino Miranda və Ricardo Santos hazırlayacaq. Finalda Portuqaliyalı hakimlər Manuel De Souza və Duarte Qomes də Qala xətti hakimliyini edəcəklər.