Şeyxdən hədiyyə
29 May 2014 12:30 (UTC+04:00)
Şeyxülislam Allahşükür Paşazadə şəxsi
kitabxanasında olan qiymətli kitabları QMİ kitabxanasına verəcək.
Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərlə görüşündə QMİ
sədri, Şeyxülislam Allahşükür Paşazadə
deyib. "Qafqaz Müsəlmanları İdarəsinin
kitabxanasında və mənim şəxsi kitabxanamda dəyəri milyonlarla olan
qiymətli əlyazmalar, kitablar var". QMİ sədri Respublika günü ilə bağlı azərbaycan xalqını da
təbrik edib. Jurnalistlərlə ilk dəfə belə görüş keçirdiyini deyən
Allahşükür Paşazadə, media nümayəndələrinə uğurlar
arzulayıb. Şeyxülislam jurnalistlərə 3
cildlik "Kəşf-ül-Həqayiq" kitabı və qələm hədiyyə edib. QMİ sədri
"Quran"ın ilk ayəsinin də qələmlə bağlı olduğunu
deyib. Şeyx 63 onkoloji xəstə uşağın
ziyarət ediləcəyini deyib.
Qeyd edək ki, bu gün Qafqaz Müsəlmanları İdarəsi
(QMİ) onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım edir.
ANS PRESS-in məlumatına görə, Uşaqları Beynəlxalq Müdafiə Günü
münasibətilə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə başda
olmaqla idarənin rəhbərliyi Respublika Uşaq Onkologiya Mərkəzinə
gedərək, onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara mənəvi
dəstək olur. Onlara lazımi tibbi ləvazimatlar, habelə sovqatlar
aparır.
QMİ tərəfindən Uşaq Onkologiya Mərkəzinə onkoloji
xəstəliklərin müayinə və müalicəsində istifadə olunan Almaniya
istehsalı olan tibbi avadanlıq - xeyli sayda impuzamat və
partkateter aparatları hədiyyə ediləcək.
Uşaqlara isə hədiyyə olaraq planşetlər, oyuncaqlar
və s. təqdim olunacq.