İntihardan vaz keçib, arvadını döydü - Foto

29 May 2014 13:49 (UTC+04:00)

İntihar etməyə çalışan kişi son anda fikrini dəyişərək, hirsini onu bu addıma vadar edən arvadını döyməklə soyutdu.


Gün.Az "Hürriyet" qəzetinə istinadən xəbər verib ki, Türkiyənin Antalya şəhər sakini, 40 yaşlı N.U. ailə münaqişəsi zəminində intihara cəhd etsə də, sonda fikrindən daşınıb.


Şəhərdəki yolüstü piyada keçidinə qalxan N.U. özünü oradan atacağını qışqırdıqdan sonra onu fikrindən daşındırmaq üçün kişinin 34 yaşlı arvadı S.U.-nu ora çağırıblar.


Lakin ərinin bu hərəkətindən əsəbiləşən qadın, "hə, at özünü, hər dəfə eyni şeyi təkrarlayırsan. Uşağın da psixologiyasını pozmusan. Oğlum ac olanda haralarda idin?", deyərək, vəziyyəti bir az da gərginləşdirib.


Arvadının bu sözlərinə hirslənən kişi aşağı düşərək, polislərin əhatəsində olan arvadına hücum çəkib.


Lakin araya girən asayiş keşikçiləri onu zərərsizləşdirərək həbs ediblər.