Sabah yağış yağacaq, şimşək çaxacaq

29 May 2014 13:55 (UTC+04:00)

Sabah Azərbaycanın bəzi ərazilərində yağış yağacaq, şimşək çaxacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, mayın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.


Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 16-21, gündüz 24-29 dərəcə isti olacaq.

Yaxın iki gün ərzində biometeorolji amillərin nromal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən, əlverişlidir.


Mayın 30-da Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.


Aran rayonlarında havanın temperaturu gecə 16-20, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.