“Dədə Heydər” Muzeyi

29 May 2014 16:16 (UTC+04:00)

Bayıl qəsəbəsi, Fərman Qurbanov küçəsi ev 6, mənzil 2 ünvanında yerləşən "Dədə Heydər" Muzeyi Ulu öndərə Ramiz Xəlilovun duyduğu ehtiram və sevginin konkret təzahürü də sayıla bilər. Ramiz Xəlilov qeyd edir ki, muzeyi ümummilli lider Heydər Əliyevin 1993-cü il 15 iyun tarixində ikinci dəfə hakimiyyətə qayıdışından sonra yaratmağa başlayıb. Ramiz Xəlilov Muzeyi yaratmaqda məqsədinin Ulu öndərə olan böyük hörmətindən irəli gəldiyini deyir: "Həm də niyyətim gələcək nəsli Ulu öndər haqqında məlumatlandırmaqdır".

"Dədə Heydər" Muzeyində Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 800-ə qədər kitab, jurnal, şəkil, xalçalar və büst var. Orada tək Azərbaycan yox, gürcü, belarus dillərində də kitablar yer alıb. Ramiz Xəlilovun dediyinə görə, bunların hamısını özü yığıb. Ramiz Xəlilov sərgi yerini genişləndirmək üçün dövlətin ona dəstək verməsini istəyir. Onun bildirdiyinə görə, muzeyə hər gün müxtəlif insanlar, hətta Budaq Budaqov kimi tanınmış şəxslər də gəlib. Bundan başqa, Prezident Administarsiyasından gələn insanlar da olub.