Şeyxdən yardım çağırışı
29 May 2014 21:11 (UTC+04:00)
"Bu mərkəzə gəlmək mənim üçün çox şərəfli, lakin
çətindir. Allah buradakı uşaqlara şəfa versin". ANS
PRESS-inməlumatına görə, bunu Respublika Uşaq Onkologiya Mərkəzinə
baş çəkən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam
Allahşükür Paşazadə deyib.
Şeyx sovet dövrü ilə müqayisədə mərkəzdə xəstə
uşaqlar üçün çox gözəl şərait yaradıldığını deyib. O, xəstə
uşaqların sağlamlıqlarına qovuşması üçün dua etdiklərini
deyib.
"Mərkəzə inkizator adlı aparat gətirmişik.
Uşaqlara hədiyyələr təqdim edilib. Mən buradan imkanlı olan
insanları, qurumları az da olsa uşaqlara köməyə dəvət edirəm. Sizi
bura özümü göstərmək üçün toplamamışam. Bura ona görə yığmışam ki,
bəlkə kiminsə ürəyi yumşalıb uşaqlara yardım əlini uzada. İctimai
kömək böyük qüvvədir. O insanlara ruh
verir".
A.Paşazadə bu xeyriyyə işinin təşkilində ANS-in
böyük rol oynadığını qeyd edib. O, Şirkətlər Qrupunun rəhbəri Vahid
Mustafayev və Mirşahin Ağayevə təşəkkür
edib.