Kəmaləddin Heydərov Zaqatalada iki məktəb binasının açılışında iştirak edib

29 May 2014 23:44 (UTC+04:00)

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Zaqatalaya səfər edib.


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, K. Heydərov Zaqatalada 2 il əvvəl baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşdüyü üçün sökülərək yenidən tikilən iki məktəb binasının açılışında iştirak edib.

 

3 saylı Aşağı Tala kənd orta məktəbi 750, 4 saylı Yuxarı Tala kənd orta məktəbi isə 400 şagird yerlikdir.

 

K. Heydərov Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən rayon yanğından mühafizə hissəsinin yeni inzibati binasının açılışına da qatılıb.