Qvardiola özünə toy etdi

29 May 2014 19:44 (UTC+04:00)

"Bayer Münhen"in çalışdırıcısı Pep Qvardiola hər kəsdən gizli olaraq, bu gün səhər təşkil olunan nigah mərasimində, 20 illik dostluq münasibəti yaşadığı Kristina Serra ilə ailə həyatı qurub.


Movqe.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Barselonanın Matadepera Bələdiyyə idarəsində keçirilən mərasimdə jurnalistlərin iştirakına icazə verilməyib.


Bu səhər yerli vaxtla 09:30 keçirilən toy mərasimində yalnız cütlüklərin ana-ataları, uşaqları Maria, Marius və Valentina iştirak edib.


Qeyd edək ki, İspan mətbuatı bu barədə məlumatı, bələdiyyənin rəsmi saytından əldə edib.