Çində daha bir zəlzələ

30 May 2014 12:08 (UTC+04:00)

Çinin cənubundakı Yunnan əyalətində 6.1 bal gücündə zəlzələ meydana gəlib. 


Çin Zəlzələ şəbəkələri Mərkəzi, əyalətin Yingciang qəsəbəsində meydana gələn zəlzələnin yerin 12 kilometr altında olduğunu bildirib.


Zəlzələdə ilkin məlumatlara görə can itkisi olmayıb. Bölgədə keçən həftə 5,6 böyüklüyündə daha bir zəlzələ meydana gəlmiş, 13 nəfər yaralanmışdı.