Ayı elektrik dirəyində yuxuya getdi

30 May 2014 13:08 (UTC+04:00)

Kanadanın Sask şəhərinə aid Şelbruk bölgəsində elektrik çatdırılma xəttlərinə nəzarət edən vəzifəlilər gözləmədikləri bir görüntüylə qarşılaşıb.

Movqe.Az xəbər verir ki, nəhəng qara ayı 10 metrlik elektrik dirəyinin düz təpəsinə çıxaraq yuxuya getmişdi.


SaskPower Enerji şirkəti vəzifəliləri  ayını oyandırıb işlərinə davam etmək istəsə də, yuxulu ayının təlaşa qapılıb yerə düşə biləcəyindən ehtiyat edərək bu fikirdən imtina ediblər.