Universitetdə mobil telefona qadağa

30 May 2014 14:12 (UTC+04:00)

İqtisad Universitetinin auditoriyalarında mobil telefonlardan istifadə qadağan olunacaq

Azərbaycan Dövlət İqtisad Universitetinin auditoriyalarında mobil telefonlardan istifadə qadağan olunacaq. 


Azərbaycan Dövlət İqtisad Universitetindən Trend-ə verilən məlumata görə, bunu universitetin rektoru Ədalət Muradov Elmi Şurasının növbəti iclasında bildirib.


Rektor iclasda həmçinin fakültə elmi şuralarında müəllim və tələbələrin etik davranış qaydalarını müzakirəyə çıxarılması üçün göstəriş verib.


Mayın 23-də ADİU-da keçirilən "Məzun-2014" ümumrespublika yarmarkasının təşklinin səviyyəsini qənaətbəxş hesab edən rektor gələcəkdə yarmarkanın təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.