İngiltərə millisinin baş məşqçisi Roy Hodson, gələn ay start götürəcək Dünya çempionatında komandasının birinci olacağına inanır.
Movqe.az-ın Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə, təcrübəli çalışdırıcı bildirib ki, İngiltərə yığması bu mundialda necə komanda olduğunu sübut edəcək:
"Dünya çempionatı məşqçi karyeramda ən önəmli turnir olacaq. "DÇ-2014"də nə edəcəyimizi bilirik. Bu dəfə çempionluq şansımızı əldən verməyəcəyik və turnirin əsas mükafatını qazanmağa çalışacağıq."
Qeyd edək ki, İngiltərə D qrupunda İtaliya, Uruqvay, Kosta Rika yığmaları ilə mübarizə aparacaq.