“Star-2014”lər məlum oldu

30 May 2014 14:38 (UTC+04:00)

"Star-2014" mükafatının təqdimat mərasimi keçirilib.Movqe.az-ın məlumatına görə, "Şou" prodakşn və "Hüriyyət.az"ın təşkil etdiyi mükafat şou-biznes və televiziya sahəsində fərqlənən insanlara təqdim edilib.

Təqdimat mərasimində "İlin hiti" nominasiyası üzrə müğənni Yaşar Cəlilov və "İlin peşəkar aparıcısı" nominasiyasında Vüsalə Kərimova "Star-2014" mükafatına layiq görülüblər.