Aktrisanın anasının kor olmaq təhlükəsi - özəl

30 May 2014 17:42 (UTC+04:00)
Gənc olmasına baxmayaraq çox istedadlı aktrisa Nigar Bahadırqızının anası xəstəxanaya düşüb. Mövqe.az xəbər verir ki, aktrisa bu durumdan çox sarsılıb. Ancaq onu tək buraxmayan dostlarının köməkliyi ilə Nigar Bahadırqızı çətin vəziyyətdən çıxa bilib. Anasının gözlərində problem olduğu üçün əməliyyat olunub. Hələ ki, aktrisa anasının görüb-görməyəcəyindən narahatdır. Beləki N. Bahadırqızı fikirlərini Mövqe.az-la bölüşüb: "Şükürlər olsun ki, anam reanimasiyadan palataya yerləşdirildi. Vəziyyəti çox ağır idi, amma güclü qadındır. Məni tək qoymadı anam. İnşallah bir neçə günə yerindən qalxacaq. Yenidən danışacaq, normal görəcək. Buna ümidim var. Bu neçə günü məni tək qoymayan dostlarıma təşəkkür edirəm. Yaxşı ki, varsınız. Hər kəsə çoxsağol deyirəm".