"Bavariya" klubunun futbolçusu Tiaqo Alkantara baş məşqçi Pep Qvardiola haqda xoş sözlər deyib.
Movqe.az alman mətbuatına istinadən xəbər verir ki, klubun rəsmi saytına müsahibə verən yarımmüdafiəçi, futbolu ona oynamağı Qvardiolanın öyrətdiyini bildirib:
"Qvardiola hər zaman gənc futbolçuların inkişafına böyük dəstək olub. O, "Barselona"da çalışdığı vaxtda da gənc futbolçulara şans verirdi. Şəxsən futbol oynamağı mənə o öyrətdi. Qvardiola həqiqətən möhtəşəm və inanılmaz məşqçidir."