Yevlaxda sərnişin mikroavtobusunun yük maşınına çırpılması nəticəsində baş verən qəzada ölənlərin sayı 4-ə çatıb

30 May 2014 23:49 (UTC+04:00)

Bakı-Qazax yolunda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb.


APA-nın məlumatına görə, 2014-cü il təvəllüdlü Mətiyev İbrahim Səxavət oğlu xəstəxanada dünyasını dəyişib. 

 

Qeyd edək ki, hadisə yolun 281-ci kilometrliyində, Yevlax rayonu ərazisində qeydə alınıb. Bakıdan Qazax rayonuna gedən 10 UB 126 dövlət nömrə nişanlı "Ford" markalı sərnişin mikroavtobusu yolun eyni hərəkət zolağında qarşı tərəfdə hərəkətdə olan Türkiyənin "Bayburt" yol-tikinti şirkətinə məxsus H 023 455 nömrə nişanlı "SHACHMAN" markalı yük maşınına arxa tərəfdən çırpılıb.

 

Zərbənin təsirindən "Ford" markalı mikroavtobus yoldan çıxaraq aşıb. Nəticədə mikroavtobusun sürücüsü, 1978-ci il təvəllüdlü Mətiyev Ceyhun İlyas oğlu, eləcə də sərnişinlər - qardaşı 1985-ci l təvəllüdlü Mətiyev Səxavət İlyas oğlu, onun həyat yoldaşı 1993-cü il təvəllüdlü Mətiyeva Susanə Nuşirəvan qızı, onların azyaşlı övladları - 2013-cü il təvəllüdlü Mətiyeva Xanım Səxavət qızı, 2014-cü il təvəllüdlü Mətiyev İbrahim Səxavət oğlu, eləcə də digər sərnişinlər - 1996-cı il təvəllüdlü Nuriyev Aqil Həşim oğlu, 1965-ci il təvəllüdlü Quliyeva Zemfira İdris qızı, 1990-cı il təvəllüdlü Əliyev Vahid Zahid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Ailənin digər azyaşlı övladı - 2012-ci il təvəllüdlü Mətiyeva Fəridə Səxavət qızı və şəxsiyyəti hələ ki, məlum olmayan daha iki nəfər aldığı ağır bədən xəsarətləri səbəbindən dünyasını dəyişib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.