Ölənlərin kimliyi bəlli oldu
30 May 2014 20:02 (UTC+04:00)
Ağdaş-Qaravəll yolunda baş verən dəhşətli qəzada
ölən və yaralananların adları məlum olub.
Yevlax Rayon Mərkəzi xəstəxanasının baş həkimi
İlhamil Quliyevin ANS PRESS-ə verdiyi məlumata görə, ölən və
xəsarət alan şəxslərin əksəriyyəti qohum olub.
Xəsarət alanlar bunlardır: Ağstafa rayon Qırlı
kənd sakinləri: 1985-ci il təvəllüdlü Məsiyev Səxavət İlyas oğlu,
1993-ci il təvəllüdlü Məsiyev Şükanə İlyas qızı, 1978-ci il
təvəllüdlü, Məsiyev Səxavət İlyas oğlu, 2013-cü il təvəllüdlü
Məsiyev Xanım Səxavət qızı, 2014-cü il təvəllüdlü Məsiyev İbrahim
Səxavət oğlu, Ucar rayonu Məlikballı kənd sakini 1996-cı il
təvəllüdlü Nuriyev Aqil Həşim oğlu, Qazaxa rayon sakini 1968-ci il
təvəllüdlü Quliyeva Zemfira İdris qızı, Ağstafa rayon sakini,
1990-cı il təvəllüdlü Əliyev Vahid Zahid
oğlu.
İ.Quliyevin sözlərinə görə, hazırda yaralıların
vəziyyəti normalıdır.
Ağstafa rayon Qırlı kənd sakini, 2012-ci il
təvəllüdlü Məsiyeva Fəridə Səxavət qızı hadisə yerindəcə dünyasını
dəyişib. Ondan başqa bir qadın və bir kişi ölüb. Onların cəsədləri
birbaşa morqa aparıldığına görə, adları hələlik məlum deyil.
Ehtimal olunur ki, ölən kişi və qadın Məsiyeva Fəridə Səxavət
qızının valideynləridir.
Xatırladaq ki, Ağdaş-Qaravəll
yolundamikroavtobusla "SACHMAN" markalı yük maşını toqquşub. 3
nəfər ölüb, 8 nəfər isə yaralanıb