“Qu gölü” baletinin tamaşası keçiriləcək

30 May 2014 19:31 (UTC+04:00)

İyunun 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında cari teatr mövsümünün son tamaşalarından biri - Pyotr Çaykovskinin "Qu gölü" baletinin tamaşası keçiriləcək.


Mövqe.az xəbər verir ki, tamaşada əsas rollarda Rusiya Akademik Böyük Teatrının solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı, Rusiyanın xalq artisti Mariya Allaş (Odetta-Odilliya) və balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Denis Rodkin (Şahzadə Ziqfrid) çıxış edəcəklər.


Bir çox xarici qastrol səfərlərində olan bu cütlük 2010-cu ildə İngiltərədə keçirilən beynəlxalq klassik balet festivalında "Qu gölü" baletinin tamaşasında Odetta-Odilliya və Şahzadə Ziqfrid rollarının ən yaxşı ifaçıları üçün nəzərdə tutulmuş xüsusi prizə layiq görülmüşlər.


Tamaşanı Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcəkdir.