Ayaz Mütəllibov siyasətdən getdiyini rəsmən açıqlayıb
30 İyun 2012 14:19 (UTC+04:00)
Bu da Azərbaycan demokratiyasının inkişafında
mühüm addımdır. Qanun eyni zamanda ölkədə daxili siyasi mühitə də
müsbət təsir göstərməyə bilməz".
APA-nın məlumatına görə, bu
sözləri ASDP-nin qurultaya telefonla qatılan eks-prezident,
partiyanın həmsədri Ayaz Mütəllibov deyib. A. Mütəllibov bildirib
ki, bu qanun ona da şamil olunub: "Həmin sənədin qəbulu mənim və
ailə üzvlərimin də sevincinə səbəb oldu. Çünki bu qanun mənim
mühacirət həyatıma son qoydu və Vətənə qayıdışıma imkan yaratdı.
Arzum budur ki, xalqı birləşdirən bu cür addımların sayı çox olsun.
Fürsətdən istifadə edərək ölkə prezidenti İlham Əliyevə, qanun
müəlliflərinə, parlamentdə müzakirələr zamanı qanunu dəstəkləyən
deputatlara, siyasi xadimlərə, sıravi vətəndaşlara səmimi
minnətdarlığımı bildirirəm".
A. Mütəllibov qeyd edib ki, bu qanun keçmiş dövlət başçılarına
layiqli qiymət verir: "Bu qanun mənə və ailə üzvlərimə illər boyu
çəkdiyimiz iztirabların qarşılığında mənəvi rahatlıq verir. Əziz
dostlar, bu status mənə siyasətlə məşğul olmağımı qadağan etmir.
Lakin mən özüm qərara gəlmişəm ki, obyektiv səbəblərə görə, partiya
üzvlüyündən çıxım. Bu addımımın səbəbi ailəmlə məşğul olmaq
niyyətimlə, həmçinin səhhətimə diqqət yetirməyimlə bağlıdır.
Mühacirətdə olduğum dövrlərdə ailəm, nəvələrimlə telefon vasitəsi
ilə əlaqə saxlamışam. Sizlər isə mənim vətəndaş hüquqlarımın
qorunması və bərpasına görə səylər göstərmisiniz. Bu işdə mənim
məsləkdaşım Araz Əlizadəyə təşəkkürümü bildirmək istəyirəm. Mənim
hüquqlarımın bərpası ilə bağlı "Sosintern"in baş katibi Luis
Ayalanın Azərbaycana səfərinin təşkil edilməsi, ölkə başçısı ilə
görüşlərinin keçirilməsini də qeyd etmək istəyirəm. Əqidə etibarı
ilə sosial demokratiyanın tərəfdarı olmuşam, bu mövqeyimdə də
qalacam. Arzu edirəm ki, doğma Azərbaycanımızın qüdrəti günü-gündən
artsın, hər bir ailədə xoşbəxtlik və əmin-amanlıq hökm
sürsün".