Mayın son günü hava necə olacaq?
31 May 2014 10:00 (UTC+04:00)
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən
buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz
keçəcəyi gözlənilir. Movqe.az xəbər verir ki , temperatur gecə
17-21°, gündüz 26-31° isti, Bakıda gecə 19-21°, gündüz 29-31° isti
olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək, nisbi
rütubət gecə 70-75, gündüz 45-50 faiz təşkil
edəcək.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən,
yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək
çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur gecə
13-18°, gündüz 28-33° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam
bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı
gözlənilir. Temperatur gecə 8-13°, gündüz 20-25° isti
olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və
Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Temperaturun
gecə 16-21°, gündüz 28-33° isti olacağı
gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və
Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və
axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı
gözlənilir. Temperatur gecə 13-18°, gündüz 25-30° isti
olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı,
Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən,
yağmursuz keçəcək. Temperatur gecə 16-21°, gündüz 30-35° isti
olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə
18-21°, gündüz 27-32° isti, dağlarda gecə 11-16°, gündüz 21-25°
isti olacaq.