ABŞ neft idxalını azaldıb
31 May 2014 10:07 (UTC+04:00)
Cari ilin yanvar-mart aylarında ABŞ Azərbaycandan
1,05 milyon barelə yaxın neft idxal edib. Bu göstərici 2013-cü ilin
yanvar-mart aylarında 2,08 milyon barel təşkil edib. Movqe.az
Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Enerji
İnformasiyaları İdarəsinin (EIA) məlumatında
deyilir.
2013-cü ildə ABŞ Azərbaycandan 10,41 milyon barel
neft idxal edib. 2012-ci ildə bu göstərici 8,83 milyon barel
olub.
Azərbaycan neftinin nəql edildiyi əsas ixrac
marşrutu nefti Türkiyənin Ceyhan limanına çatdıran
"Bakı-Tbilisi-Ceyhan" boru kəməridir.
Azərbaycanın yüngül nefti, həmçinin "Bakı-Supsa"
boru kəməri ilə Gürcüstanın Supsa limanına çatdırılır və oradan
nəql edilir.
Neft, həmçinin Bakıdan dəmiryol vasitəsilə
Gürcüstanın Batumi Qara dəniz limanına və "Bakı-Novorossiysk" boru
kəməri ilə Novorossiysk limanına çatdırılaraq nəql edilir.