Bakıda döyüş olacaq

31 May 2014 10:10 (UTC+04:00)
Ümumdünya Boks Seriyasının (WSB liqası) finalı Bakıda keçiriləcək. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Boks üzrə Dünya Seriyasının finalı iyunun 6-sı və 7-si "Baku Fires" və "Cuba Domadores" komandaları arasında baş tutacaq.

Görüşlər "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək. Komandamıza dəstək olmaq və döyüşü izləmək üçün saat 19:30-dan etibarən öz yerlərinizi tutmalısınız. Giriş pulsuzdur. 

Qeyd edək ki, komandamız yarımfinalda Qazaxıstanın "Astana Arlans" klubunu, kubalılar isə Rusiya boksçularını məğlub ediblər.