TQDK sonuncu imtahanını keçirəcək
31 May 2014 14:01 (UTC+04:00)
TQDK abituriyentlər üçün iyunun 1-də cari ildə
sonuncu sınaq imtahanı keçirəcək.
Movqe.az xəbər verir ki , TQDK-dan verilən
məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali və orta
ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər
üçün 2014-cü ilin sonuncu sınaq imtahanını
keçirir.
İmtahan iyunun 1-də Bakı, Naxçıvan, Gəncə,
Daşkəsən, Ağstafa, Tovuz, Sumqayıt, Qobustan, Mingəçevir, Yevlax,
Şəki, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, İsmayıllı,
İmişli, Füzuli, Beyləqan, Şirvan, Salyan, Lənkəran, Yardımlı,
Cəlilabad, Quba, Xaçmaz və Siyəzən şəhərlərində ümumilikdə 65
binada təşkil olunacaq.
İmtahanda iştirak etmək üçün yazılış internet
vasitəsilə aparılmış və 48387 abituriyent qeydiyyatdan keçib.
İmtahan mərkəzlərinə buraxılış abituriyentin özünün şəxsiyyət
vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata
keçiriləcək.
Qeyd edək ki, başqasının (valideyninin, digər
qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər
imtahan binasına buraxılmayacaqlar.