10 "gülənçi" "vuruldu"
31 May 2014 19:07 (UTC+04:00)
Gülən camaatının lideri Fətullah Gülənə məxsus
olduğu iddia edilən "paralel hökumət"in xarici ölkələrdəki
üzvlərinə qarşı əməliyyatlara start verilib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
Türkiyə Ədliyyə Nazirliyi xarici ölkələrdə hökumət əleyhinə aksiya
keçirən 10 ədliyyə müşavirini işdən azad
edib.
İşdən azad edilən şəxslərin Türkiyənin xarici
ölkələrdə fəaliyyət göstərən səfirliklərinin işçiləri olduğu
bildirilir.
Həmin şəxslərin ABŞ, Almaniya, Hollandiya,
Nyu-York, Cenevrə, Viyana, Brüssel, Starsburqda fəaliyyət döstərən
Türkiyə səfirliklərində müxtəlif vəzifələrdə
çalışıblar.
Vəzifədən azad edilən şəxslərin yerinə yeni
işçilərin təyinatına başlanılıb.