Bakıda ticarət mərkəzi yandı

31 May 2014 15:33 (UTC+04:00)
Bu gün səhər saatlarında Bakıda daha bir ticarət mərkəzi alışıb. 

Movqe.az xəbər verir ki , Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, yanğın "20 yanvar" metrostansiyası yaxınlığında, Respublika Klinik Xəstəxanasının yanındakı kiçik ticarət mərkəzində qeydə alınıb.

Birinci çağırışla hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub. Yanğın söndürülüb.

Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. İlkin ehtimala görə, hadisəyə elektrik xətlərindəki nasazlıq səbəb olub.

Faktla bağlı araşdırma aparılır.