Dünyanın ən gözəl qızı Bakıya gəlir (FOTO)

31 May 2014 17:15 (UTC+04:00)
Mayın 31-də Heydər Əliyev Mərkəzində "Müasir dəbdə Azərbaycan cazibəsi" layihəsinin təqdimatı olacaq. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, layihə çərçivəsində tanınmış italyan modelyer Renato Balestranın Azərbaycanın milli ornamentləri əsasında hazırladığı yeni kolleksiyası nümayiş etdiriləcək. Kolleksiyadakı libaslarda Azərbaycanın ənənəvi milli geyim naxışları və xalça ornamentlərindən, eləcə də od və nar elementlərindən istifadə edilib. Dizayner layihə çərçivəsində Azərbaycanın milli ornamentlərinin tarixini və xüsusiyyətlərini araşdırıb. Şərq koloritindən ilham alan modelyer Azərbaycan milli elementlərini müasir Avropa dəbində tətbiq edib.

Layihənin məqsədi Azərbaycanın milli ənənə və dəyərlərini yaşatmaq, milli ornamentlərin müasir dəbə inteqrasiyasına təkan vermək, eyni zamanda Şərq və Avropa mədəniyyətləri arasında vəhdət yatarmaqdır.

Heydər Əliyev Mərkəzində modelyer Renato Balestranın iştirakı ilə keçiriləcək moda nümayişində 40-dan çox geyim nümunəsi təqdim olunacaq. Dəfilədə tanınmış model İrina Şeyk də səhnəyə çıxacaq.