"Ermənistana yaxınlaşırıq"

31 May 2014 18:02 (UTC+04:00)
Türkiyə prezidenti Abdullah Gül ölkəsinin Ermənistanla olan münasibətlərindən danışıb. 
Movqe.az  ANS PRESS-ə istinadən xəbər verir ki, Abdullah Gül Türkiyə ilə Ermənistan arasında olan münasibətlərin normallaşması üçün bir ümid olduğunu söyləyib:

"Biz səmimi bir formada Ermənistana yaxınlaşırıq. Mən 2008-ci ildə Ermənistana ziyarət edən ilk türk prezidenti olmuşam".

Daha sonra Abdullah Gül qeyd edib ki, bir müddət öncə baş nazir Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələri zamanı həyatını itirən ermənilərin nəvələrinə də baş sağlığı mesajı verib. 

1915-ci ildə Anadoluda çox dəhşətli hadisələrin baş verdiyini söyləyən Gül ermənilərin qondarma soyqırımı iddialarına qarşı Türkiyənin bütün tarixi arxivlərini açdığını deyib.

O, münaqişənin həll edilməsi üçün güclü bir iradə və dialoqa ehtiyac olduğunu vurğulayıb