Kriminal aləmdə biabır olan şəxsi öldürdülər
31 May 2014 19:16 (UTC+04:00)
Bu gün səhər saatlarında Rusiyanın paytaxtı Moskva
şəhərində keçmiş "qanuni oğru" güllələnib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
hadisə Odintsov rayonunda qeydə alınıb. Rusiya daxili işlər
orqanlarından "İnterfaks" agentliyinə bildirilib ki, öldürülən şəxs
"Timoxa" ləqəbli Belarus vətəndaşı Aleksandır
Tumaşenkodur.
Qeyd edək ki, "Timoxa" ləqəbli "qanuni oğru" bu
ilin yanvar ayında kriminal aləmdə rüsvay
olmuşdu.
Belə ki, "Timoxa" Ryazan prospektində kafelərin
birində polislərlə tərəfindən saxlanılmışdı. Onu narkotika
qaçaqmalçılığında şübhəli bilib polis bölməsinə aparmışdılar.
Bölmədə dindirilmə zamanı Aleksandır Tumaşenko kriminal aləmdə
qəbul edilməyən hərəkət edərək, "qanuni oğru" olmadığı barədə
izahat yazıb. Aleksandır Tumaşenko verdiyi ifadədə kriminal aləmlə
əlaqəli olmadığını bildirib. O, bildirib ki, heç zaman "sxodka"da
iştirak etməyib.
Bu əməl kriminal aləmə zidd olduğu üçün onu
"qanuni oğru" titulundan məhrum ediblər. Daha sonra isə Aleksandır
Tumaşenkonu hüquq-mühafizə orqanları ilə əlbir olmaqda ittiham
ediblər. Ehtimal olunub ki, Aleksandır Tumaşenko polislərə işləyib.
Buna sübut kimi onun iştirakçısı olduğu bir çox "sxotka"larda
planlaşdırılan əməliyyatlarının alınmaması da
göstərilib.
Qeyd edək ki, onun məhz kriminal aləmin əli ilə
öldürüldüyü ehtimal edilir.