Sabiq prezidentə 7 il həbs istəndi
31 May 2014 21:06 (UTC+04:00)
Məhkəmə "Trabzonspor"un sabiq prezidenti Sadri
Şənərə qarşı 7 il həbs istəyib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
sabiq prezidentin rəhbərliyi dövründə klubdakı pul dövriyyəsində
korrupsiya halları olduğu təsbit edilib. Prokurorluq məsələ ilə
bağlı iddianamə hazırlayıb. Hazırlanan 4 səhifəlik iddianamədə
təəccüblü detallar yer alıb.
"Trabzonspor"un tələbi ilə kluba gələn müfəttişlər
apardıqları araşdırmalarda hüquqi məsləhət adı altındakı bəzi
xərclərin sənədlərinin olmadığını təyin
ediblər.
Sadri Şener adına iş hesabı açıldığı və bir neçə
nəfərə ödənişlər göndərildiyi, ancaq bu ödənişlərdə uyğunsuzluqlar
olduğu ortaya çıxıb. Klubdan aylıq 434 min lirə vəkil xərci
ödənildiyi, araşdırma dövründə isə cəmi 13 milyon 904 min lirə
vəkil ödənişi edildiyi qeyd edilib. Sabiq prezident adına olan
xərclər isə klubu 3 milyon 939 min TL borclandırıb.