Komitə sədri 7 rayonun vətəndaşlarını qəbul edəcək

31 May 2014 22:05 (UTC+04:00)
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov iyunun 5-də saat 10.00-da İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər..

Komitədən bildiriblər ki, qəbulda İmişli, Biləsuvar, Beyləqan, Saatlı, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.