Ermənistan çox ucuz imiş
31 May 2014 23:16 (UTC+04:00)
Erməni mətbuatı Astanada keçirilən Avrasiya
Birliyi sammitində Vladimir Putinin Serj Sarkisyana saymazyana
münasibətindən ciddi məyus olub.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
bəzi erməni KİV-ləri hətta "Putin Ermənistana 300 milyon dollar
qiymət qoydu" başlıqlı materiallarla çıxış ediblər. Erməni mətbuatı
sammitdən sonra Rusiyanın Belarusa 1 mlrd. dollar, Qırğızıstana 1,2
mlrd. dollar və Erməistana isə 300 mln. dollar ayrılmasına bir çox
məqalələr həsr edib.
Belə məqalələrdən birinin müəllifi, erməni şərhçi
Naira Ayrumyan yazır: "Avrasiya Birliyi və Rusiya ilə tərəfdaşlıq
çoxdan suverenliyin kiçildilməsi kimi qəbul edilir. Və Ermənistan,
kiçildilməsinin növbəti təsdiqi kimi, 300 milyon dollar
qiymətləndirildi. Bu, bizim ölkə barədə çox şeydən xəbər verir.
Təəssüf ki, Ermənistan öz beynəlxalq nüfuzunu tamamilə itirib, onu
xilas etmək üçün Avrasiya məkanı adlanan bu kiçildici müstəvidən
ayırmaq barədə qərar vermək lazımdır. O məkandan ki, Ermənistanın
yerinin harada olacağını Azərbaycan göstərir".