Dənizdə güclü zəlzələ oldu

1 İyun 2014 00:00 (UTC+04:00)
Meksikanın Sakit okean tərəfdəki cənub sahillərində 6,2 maqnitudalı güclü zəlzələ baş verib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, yeraltı təkanlar Tomatlan şəhərindən 259 kilometr cənub-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşir. 

Zərər çəkənlər və dağıntılar barədə hələlik məlumat yoxdur. 

Mayın 8-də də Meksikanın mərkəzi hissəsində güclü zəlzələ olmuşdu. ABŞ Geologiya xidməti zəlzələnin gücünün Rixter şkalası ilə 6,8 bal olduğunu bildirmişdi. Zəlzələnin episentri ölkə paytaxtı Mexikodan 306 kilometr cənub-qərbə düşmüşdü.