Toydan qayıdan gənc ailə qəzaya düşdü: 2 ölü, 2 yaralı
1 İyun 2014 10:20 (UTC+04:00)
Bakının Qaradağ rayonunda ağır yol-nəqliyyat
hadisəsi baş verib.
Movqe.az-ın APA-ya istinadən verdiyi məlumata
görə, yol qəzası Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 17-ci
kilometrliyində qeydə alınıb. 1985-ci il təvəllüdlü Nəcəfov Emin
Şakir oğlunun idarə etdiyi "Audi" markalı 50 CE 252 dövlət nömrə
nişanlı avtomobil dəmir arakəsmələrə çırpılıb.
Qəza nəticəsində sürücü və oğlu - 2009-cu il
təvəllüdlü Xəyyam Nəcəfov hadisə yerində dünyalarını dəyişiblər.
Sürücünün həyat yoldaşı, 1985-ci il təvəllüdlü Nəcəfova Xəyalə Əli
qızı və digər övladı, 2012-ci il təvəllüdlü Elmir Nəcəfov ağır
xəsarət alıb.
Meyitlər deformasiyaya uğrayan avtomobildə
sıxılmış vəziyyətdə qalıblar. Hadisə yerinə FHN-in Xüsis Riskli
Xilasetmə Xidmətinin əməkdaşları gəlib və meyitləri avtomobildən
çıxarıb.
İlkin məlumata görə, gənc ailə Bakıdan toydan
qayıdırmış və Sahil qəsəbəsinə gedirmiş. Ailə başçısı avtomobili
sərxoş vəziyyətdə, sürətlə idarə edib, nəticədə idarəetməni
itirib.
Faktla bağlı araşdırma aparılır.