İstanbul sakitləşdi (FOTO)

1 İyun 2014 11:00 (UTC+04:00)
İstanbulun Taksim meydanında Gəzi hadisələrinin ildönümü ilə bağlı keçirilən aksiya başa çatıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, 2013-cü ilin may ayında Taksim meydanında baş vermiş kütləvi etirazların ildönümü ilə əlaqədar aksiya keçirilib. 

Aksiyanın əsas iştirakçıları olan Taksim həmrəyliyi üzvləri aksiyanı sona çatdırdıqlarını açıqlayıb. 

Gecə ərzində polislə etirazçılar arasında baş verən qarşıdurmada sıravi vətəndaşlar da xəsarət alıb. 

Aksiyaçılardən bəziləri avtomobil yollarını bağlayıb. Asayiş keşikçiləri isə minlərlə etirazçının qatıldığı aksiyanı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edərək dağıdıb. 

Ümumilikdə, başda Bəyoğlu yaxın ərazilər olmaqla, Şişli, Sultanqazi və digər rayonlardan 103 nəfər aksiyaçı polis tərəfindən saxlanılıb.