Skype-da yenilik
1 İyun 2014 11:04 (UTC+04:00)
"Microsoft" korporasiyası "Skype" xidməti əsasında
real vaxt rejimində danışığın tərcüməsi funksiyasını
hazırlayır.Movqe.az Anspress-ə istinadən xəbər verir ki , bu haqda
Kaliforniyada mətbuat konfransı zamanı jurnalistlərə şirkətin baş
direktoru Satya Nadella deyib.
Funksiya Skype Translator adlanır və 2014-cü ilin
sonunda "Windows 8" əməliyyat sisteminin beta-versiyasında
istifadəçilərə əlçatan olacaq.
Microsoftun baş direktoru və "Skype"ın rəhbəri
Qurdip Sinqx Pall konfrans zamanı xidmətin yeni imkanlarını nümayiş
etdiriblər: Nadella alman dilində danışan Pall ilə ünsiyyət
saxlayıb, Skype isə real vaxt rejimində danışığı alman dilindən
ingilis dilinə tərcümə edib. Tərcüməçi hazırda 40 dil
dəstəkləyir.