Məşhur aktyor rejissorluq edəcək

1 İyun 2014 12:15 (UTC+04:00)
Türkiyəli məşhur aktyor Burak Özçivit özünü rejissor kimi sınamaq niyətinə düşüb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, "Muhteşem Yüzyıl" serialında canlandırdığı Malkoçoğlu, daha sona "Çalıkuşu" filmi ilə tamaşaçıların rəğbətini qazanan aktyor Burak Özçivit kariyerasında yeni bir cığır açmağı planlaşdırır. 

Burak Özçivit iyul ayında çəkməyi planlaşdırdığı məhəbbət mövzulu filmində baş rolda oynamaq üçün "Miss Türkiyə - 2014" qalibi Kriştianu Ronaldonun sevgilisi İrina Şeykə bənzədilən Əminə Gülşəyə təklif göndərib. 

Aktyor Yaxın Şərqdə çox izlənən serialların hesabına qazandığı populyarlığı daha da artırmaq niyətindədir.