Bu ölkənin saytı Azərbaycandan yazdı (FOTO)
1 İyun 2014 20:07 (UTC+04:00)
İtaliyanın "L’ultima ribattuta" xəbər saytında
İtaliya-Azərbaycan Ticarət İnstitutunun (İTAZERCOM) prezidenti
Manuela Traldinin və qurumun məsləhətçisi, iqtisadi və maliyyə
məsələləri üzrə ekspert Renato Siniskalkinin ölkəmizlə bağlı
fikrilərinin yer aldığı məqalə yerləşdirilib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
yazıda vurğulanır ki, zəngin enerji ehtiyatları, mədəniyyət, ən son
texnologiyaların tətbiqi, elmi araşdırmalar və digər sahələr
Azərbaycanda sürətlə inkişaf edən sektorlardır.
M.Traldinin deyib ki, Azərbaycan ilə İtaliya
arasında tərəfdaşlıq əlaqələrinin təbliği böyük əhəmiyyət kəsb
edir. İkitərəfli münasibətlər dinamik inkişafdadır. Hər iki ölkənin
sərmayəçiləri sənaye, texnologiya, kənd təsərrüfatı,
telekommunikasiya və digər sahələrdə birgə layihələr həyata
keçirməkdə maraqlıdırlar.
Azərbaycanda mövcud əlverişli investisiya
mühitindən söhbət açan M.Traldi vurğulayıb ki, bu ölkədə
investisiyaların qorunması üçün müxtəlif qanunlar qəbul
edilib.
Yazının müəllifi R.Siniskalkinin sözlərinə
istinadla oxucuların diqqətinə çatdırır ki, Azərbaycan ən böyük
neft istehsalçılarından biri kimi həm Avropa, həm də dünya üçün
olduqca önəmli ölkədir. Bu baxımdan, Azərbaycanın İtaliya ilə
əlaqələri də vacibdir. Azərbaycanda xarici şirkətlərin fəaliyyəti
üçün əvəzsiz şərait yaradılıb.
Məqalənin tam mətnini aşağıdakı linkdə oxumaq
olar:
http://www.lultimaribattuta.it/3688_baku-terreno-fertile-per-imprese