Bu ölkədə islam uşaq baxçasına qadağa qoyuldu (FOTO)

1 İyun 2014 20:12 (UTC+04:00)
İsveçrənin Sürix şəhərində açılması planlaşdırılan 1-ci islam uşaq baxçasına qadağa qoyulub.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Sürix şəhərinin alman dilli əhalisi üzrə təhsil departamenti "Al-Xuda" assosiasiyasının 4-6 yaşlı uşaqlar üçün açmaq istədiyi uşaq baxçasına lisenziya verməyib. 

İsveçrə müsəlmanları icması bildirib ki, baxçanı açmaqda əsas məqsəd uşaqlara islam adət-ənənələrini aşılamaq, onlara ərəb dilini öyrətmək idi.

İcmadan alınan məlumata görə, şəhər rəhbərliyi qorxur ki, dərs proqramlarında İsveçrə mərkəzi islam şurasının fundamental baxışları yer alacaq.